Əşrəf Veysəlli - DƏYİRMAN DAŞI

Ədəbiyyat 09:13 / 11.05.2026 Baxış sayı: 284

 

Dənliyində dən tükənib,

bu daş boşuna fırlanır.

Çaqçaxı baş ağrısıdır,

ömrün qışına fırlanır.

 

Nə gələn var, nə də gedən,

yoxmu burda dən üyüdən?

Bu daşı kimdi hərlədən,

ya öz xoşuna fırlanır.

 

Daş da daşa ruzi kimi,

aşiq olmaz özü kimi.

Bir qurbanlıq quzu kumi

dərdin başına fırlanır.

1991- ci il.