Sabir Yusifoglu : - Köhnə kişiyəm
Ədəbiyyat
09:02 / 20.06.2025
Baxış sayı: 3896
Sən mənə çox fikir vermə ,
Bir az köhnəlmiş kişiyəm .
Ağlına gəlməyən belə
Dərdlə yüklənmiş kişiyəm.
Hər şey köhnəlmiş bayatı,
Ümid cücərir,boy atmır.
Hər hava canıma yatmır,
Sözə köklənmiş kişiyəm.
Bir günüm bir ömrə yetər,
Bu ömür də bir gün bitər.
Dünyada Allahdan betər
Təkəm,təklənmiş kişiyəm.