QƏLPƏ-QƏLPƏ - yazdı Şakir Xanhüseyn

***
amansızlıq
imansızlıq
divansızlıq
vicdansızlıq
və qansızlıq
***
gözlərini sıx,
göz qapaqların qovuşmursa,
demək, dərdin ağırdı...
***
yan bir küncdə,
qıvrıl, qovrul bir küncdə,
küləksiz, tufansız
hər yana sovrul bir küncdə...
***
sükut dili öyrənmişəm,
tərcümələrim də var...
***
nə suç işlə, nə səhv et,
əmək, əmək, əmək sərf et...
***
qəhrəmanlığın bu ucundan bax
o ucunda ölüm var ölümsüzlük...
***
göz yaşlarına səbəb olan
elə gözlərindi...
***
başı dik gəzənlər
heç vaxt dikbaşlıq etməz...
***
Çox dibdən, dibdən gəlib zirvədə qərar
tutmaq da var, var...
***
o, düşüncələrini
işə salıb
evdən çıxdı...
***
heyif,
daş insana dönmədi,
insan daşa döndü...
***
robot məhəbbəti,
robot sevgisi...
**
ac-acına
bir kölgəlikdə yatıya dəyən bu sürü var ya...