Polşa lideri Ərdoğana təşəkkür ETDİ

DÜNYA 09:45 / 19.08.2022 Baxış sayı: 1044

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və Polşa Prezidenti Andjey Duda arasında telefon danışığı baş tutub.

Yenises.az "Unikal"-a  istinadla   xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata əsasən, danışıqlar zamanı prezident Ərdoğan Ukraynada sülh prosesinə töhfə verəcəyinə ümid etdiklərini söyləyib.

Polşa Prezidenti Duda Rusiya-Ukrayna böhranının həllində göstərdiyi konstruktiv rol və səylərə, taxıl ixracı sazişinə verdiyi töhfələrə görə, prezident Ərdoğana təşəkkür və təbriklərini çatdırıb.

Həmçinin, prezident Duda Ərdoğanı Polşaya dəvət edib.