Selçuk Bayraktardan PKK tərəfdarına CAVAB

DÜNYA 10:41 / 16.04.2024 Baxış sayı: 6013

Baykar İdarə Heyətinin sədri, texnologiya lideri Selçuk Bayraktar "X" hesabındakı paylaşımı ilə diqqət çəkib.

Yenises.az xəbər verir ki, Bayraktar özünün "X" hesabında etdiyi paylaşımda onu təhqir edən PKK tərəfdarı niderlandlı Frederike Geerdinkə türk və kürdcə cavab verib.

"Bura Türkiyədir; türklərin və kürdlərin əsrlər boyu qardaş yaşadığı yer. Ev Türkiyədir",- deyə o qeyd edib.