Mehriban Əliyeva Azərbaycan minifutbol yığmasını təbrik edib - FOTO

HÜQUQ 09:35 / 02.06.2025 Baxış sayı: 2826

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında minifutbol üzrə Azərbaycan milli komandasının dünya çempionu olması münasibətilə paylaşım edib.

Yenises.az xəbər verir ki, paylaşımda deyilir:

“Azərbaycan minifutbol yığması dünya çempionatının qalibidir! Komandamıza parlaq qələbəyə görə təşəkkür edirəm! Sizinlə fəxr edirik! Milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”.