Ayaz Arabaçı : - Həsən Kürün xatirəsinə..

Ədəbiyyat 12:48 / 08.07.2025 Baxış sayı: 1513

 

(özü şad olmadı heç,

ruhu şad olsun barı..)

Güllə yağışından

sağ çıxan oğlan

güllə yağışından sağ çıxan şair

üzü ölümün də imtahanından

alnlaçıq çıxan-ağ çıxan şair

ölüm xəbərin

o qədər ağır oldu ki

bir mərmi kimi düşdü ürəyimizə

saatın boğazında qaldı

tikanlı dəqiqələr

əlləri çörək qoxulu

bir ananın fəryadı

çatlatdı bütün məzar daşlarını

təngidi küləkli şəhərin nəfəsi

ölüm xəbərin

o qədər ağır ağır oldu ki

adamın yaşamağa qalmadı həvəsi

əllərinə xına qoysunlar dərimizi

soyub geyənlər

əllərinə xına qoysunlar

qalib ordunun oğullarını

bir-bir yeyənlər

bu şeir

tək sənin ölümünə deyil

Həsən Kür

qayğısızlıq selində boğulan

işsizlik divarlarının dibində yatan

başı dumanlı şəhərdə

çürüyən hamıyadı

bu şeiri yazdım ki,

yazdım ki,özün demiş-

oxuyub ağlasınlar

sənə beş gün gün verməyənlər

40 gün yas saxlasınlar

güllə yağışından

sağ çıxan oğlan

güllə yağışından sağ çıxan şair

üzü ölümün də imtahanından

alnlaçıq çıxan-ağ çıxan şair

təkcə vətən deyildi

qoruduğun

içindəki uşaq məsumluğuydu

gələcəyə aid xəyallarıydı

sən düşmənə uduzmadın

44-günün

44-ünə də basılıdı imzan

bütün alqışlardan, ordenlərdən

bütün şənliklərdən uzaqda