Qazi şair Həsən Kür vəfat etdi
jpg-1751948660.jpg)
Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair Həsən Kür vəfat edib.
Yenises.az bildirir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb.
Məlumata görə, halı pisləşən Həsən Zeynallı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, o, beyin qanaması nəticəsində orada dünyasını dəyişib.
Həsən şeirlərinin birində yazırdı :
Harda azdıracaq bu yol görəsən
Hara aparır bu ayaqlar məni.
Anacan dua et, əgər etməsən
Qovar Allahacan günahlar məni.
Mən ölsəm bəxtimin bəxti açılar
Dilimin altında neçə söz ölər.
Birdən mən qalaram, anam tez ölər
Tanımaz güzgülər, daraqlar məni
Qeyd edək ki, 1996-cı il təvəllüdlü Həsən Kür Vətən müharibəsi iştirakçısı olub. O, bu ilin fevralında intiharacəhd göstərmişdi