Kəramət : - ÖZÜNÜ YORMA

YAZARLAR 11:35 / 03.06.2023 Baxış sayı: 1428

 

Bir xalqın ki, sənəti, elmi yoxdur və ya mühacirətdədi..o xalqın gələcəyi olmur. Adi həqiqətdi, Amerikanı yenidən kəşf eləməzlər.

Sorğuya görə Türkiyədə gənclərin 60%-indən çoxu xaricə getmək istəyir, diksindirici faktdır.

Ləyaqət itibsə ədalət də perikir. Harda nadan, əqlisürüşgən, kirli adam varsa, seçib iş başına gətirmisənsə, ölkənin kirlənməsi, mənəvi erroziyası labüddür.

Bu yaxınlarda məndən başqa hamının fəxrlə şəkil çəkdirdiyi millət vəkilinə bir qızın xahişini elədim (o vaxtdan özümə gələ bilmirəm, öz saflığıma gülürəm),-haralıdı?,-soruşdu. Və s. TC qardaş dövlətdi, amma orda vəziyyət kriminal həddədi.

111 musiqiçinin intiharı məni çox sarsıtdı, fiziki güc də gərək ağılla, elmi perespektivlə,təhsillə paralel hərəkət edə, yoxsa axırı fənadır.Kəramət : -