Kəramət : - FİLMİN SONU
Hər addımbaşına minbir badalaq
Hər adambaşına minbir dərd düşür
Beş evdən dördünə yalağa-yaltaq
Əlçatmaz zirvədə qara qurd düşür
Quruyur həyatın yaşıl ağacı
qayıdır arzumun qanlı köynəyi.
hamı şəhərlərdən kəndlərə qaçır
Kor olmuş bulaqlar şərqi söyləmir.
Antraktidada əriyir buzlar
Ya səhra, ya da ki Nuhun gəmisi...
özünü aldatma hələ sabah var
Bitir yer üzünün səsiz kinosu