Kəramət : - 90 YAŞLI SOVET AĞSAQQALININ POSTMODERN ŞAİRƏ VERDİYİ MÜKAFAT

-yanılt məni, a mükafat sahibi, heç olmazsa, bircə dəfə..Bircə dəfə görüm ki, bu medalı, mükafatı (irili-xırdalı) bu qız-oğlana MƏHZ, bir də MƏHZ yazısına-şeirinə, romanına görə verilib. Ta, sən Əbülfəz,- Zəng etməsin arvadımın xalası, bibisi, dayısı və sairəsi-Aqşin Yenisey demiş. Ya o qadasın aldığım mükafatı almaq üçün dalınca sülüm-sülüm sülənməyim.
Bu ağsaqqal İsa İsmayılzadəni Sibirə,Ural tikintisinə (BAM adlanırdı) göndərmişdi ki, oradan yaz, sənə Lenin Komsomolu mükafatı verək, şair yazdı, mükafatı verdilər də. Halbu ki, İsa İsmayılzadə gül kimi şairdi və haqqı çatırdı ki, şeirlərinə görə mükafat alsın.
Niyə nasiri şeir, şairi roman yazmağa zorlayırsız ki, mükafat verəsiz, olmaz ki, elə öz axarında mükafat verəsiz?
--İstəyirsən, Fəxri Doktor, ya .............dünyası, birliyi mükafatı
--Sən Allah, qəmişini çək, doludu o mükafatlardan bizdə də, istəyirsən səninçin təşkil edim.
Beləcə..aralaşdım. Uşağı "saqqızla" aldadan kimi şair-yazıçını da mükafatla pozurlar, olan-qalan , ordan-burdan çırpışdırdığı "istedad" qırıntıları da sovrulub gedir.
Bir dostumuz mənə sübut eləməyə çalışır ki, Oskar da, Nobel də belədi, yəni rəmzi mənada "zəng etməsə arvadımın xalası və sairəsi" əmələ gəlməz. Mənsə, inanmamaqda təkid edirəm.
Düşünə-düşünə qalmışam: "Ya bu gənc şair-nasir və sair postmodernist deyil, ya da bu 90 yaşlı sovet ağsaqqalı, hansı ki, sovetin bütün vəzifələrinin qucağında-kreslosunda oturmuş zad o zad deyil".
Ya da Mirzə Ələkbər Sabir demiş
Müxtəsər əqlim çaşıb, ey dadi-bidad Ərdəbil
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil.
Təbrik edirik, neçə-neçə mükafatlar verələr, sən də alasan. Çünki, verməsələr ala bilməzsən axı. Deməli, bu mükafatlar da yazıçı mühəndisliyi kimi bir şeydi..Yox e..Oskar, Nobel rüşvətlə-zadla, "arvadın xalasıyla" , dayısıyla alınan mükafat deyil, yoxsa, ən azından bizdə 10-15 şair-yazıçı bu mükafatları almışdı, hələ Nobelin də, Oskarın da atasını yandırmışdı. Bizim yazıçılar elə yerlərə girməyi bilirlər ki, yer üzündə elə məxluq yoxdu, şeytana papış tikməkdə dahidilər, igidi öldür, haqqını ver, hə, bizimkilərə bu sarıdan kimsə çatmaz, əlinə nədi,heç ayağına su tökməyə yaramazlar.
Bu mükafatları alın e..əlinizin içindən gəlir, poz verib şəkilçəkdirin, yandı-yandı da verin, amma hərdən pıçıltılı şeirlər, bapbalaca hekayələr də yazın...Axarlı olsun, mükafatı deyirəm, sovet ağsaqqalına uzun ömür, postmodern hərşeyə də hər şey-ürəyi istəyən...
Amma yenə mənə qaranlıq qaldı.."neujenni" Oskara, Nobelə açarımız düşmür, burda bir müəmma var..Onu alan olsa, qulp qoymaq məndən.