Kəmaləddin  Qədim-  MƏN ELƏ BİLDİM Kİ...

Ədəbiyyat 10:43 / 02.11.2026 Baxış sayı: 204

 

Dayanıb baxırdım boynu bükülü,

Birdən gülümsədi şəhər üzümə.

Mən elə bildim ki, sən gəldin, gülüm,

Elə bil açıldı səhər üzümə...

 

Necə içdəndilər, necə candılar,

Ötdü şirin-şirin dillər nə gözəl.

Adamlar nə qədər mehribandılar,

Çiçəklər nə gözəl, güllər nə gözəl...

 

Beşdən birisiydin, üçdən birisi

O həmin ucalıq, qürur içində.

Həmindin, o elə içdən birisi,

Üzürdün yenə də nurun içində...

Sən demə adın da bəsiymiş mənə,

Başımın tacıymış, yaraşığıymış...

Mən elə bildim ki, sən gəldin yenə,

Demə, pəncərəmdə ay işığıymış..