Aləmzər  Sadiqqızı : -  Aləmi görə bilmirəm...

Ədəbiyyat 19:13 / 01.11.2026 Baxış sayı: 398

 

Qapım üzümə bağlidı...

Neynirəm döyə bilmirəm...

Soyuq çöküb hər küncünə

Evimdə ölə bilmirəm...

 

Nə gecəm var nə gündüzüm.

Gözüm yaşı düzüm -düzum,

Bu yuxunu hara yozum,

Mən niyə gülə bilmirəm?

 

Hər bir tərəfdə yaram var...

Zindanında can param var.

Yüz -yüz yaralı balam var,

Dərdimi bölə bilmirəm...

 

Tanrım , könlümdə var yerin

Bu boyda Göy uzün , Yerin,

Dünyaca esiyin-evin ...

Mən birin bula bilmirəm...

 

Uzat əlini üstümə,

Kor oluram öz tüstümə.

Bir söz yazarsan büstümə,

Aləmi görə bilmirəm...

1.11.2025.