Kəmalə Abiyeva Aydın Qızı - Əgər
Ədəbiyyat
11:10 / 02.09.2026
Baxış sayı: 1856
Əgər gəlmək istəsən
küləyə qoşulub gəl.
Yazına dön ömrümün
Çiçəyə qoşulub gəl.
Səni axtaran gözə,
Doymadığım o səsə,
Həsrət qaldığım sözə,
Kəlməyə qoşulub gəl.
Əgər gəlmək istəsən,
Bəhanə axtarma sən.
Qəlbindəki arzuya,
İstəyə qoşulub gəl.
Qisas al ayrılıqdan,
Üz çevir tənhalıqdan,
Sevgi ilə çırpınan
Ürəyə qoşulub gəl