Əlizadə Nuri - Məktub
Ədəbiyyat
11:31 / 02.09.2026
Baxış sayı: 694
Qürbətdir əllərin görünməyən yer,
Qürbətin bir üzü elə qəfəsdi.
Qaldır əllərini mənə tərəf tut-
Mənə əllərinin kölgəsi bəsdi.
Hər gün sən tərəfə burulur bu yol,
Bu yol əllərinə yetişər haçan?
Daha bundan belə şeirlərimi
Sənin əllərinə pıçıldayacam.
Sənin işığını tutub gəlirəm,
Nə səbrə həvəs var, nə də durmağa
Bir körpə göyərçin balasıyam mən
Gəlirəm ovcunda yuva qurmağa..