"İran xalqı Rəisisiz daha yaxşı vəziyyətdə olacaq" - Blinken

DÜNYA 13:10 / 22.05.2024 Baxış sayı: 1122

ABŞ dövlət katibi Antoni Blinken Konqresdə dinləmələr zamanı İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasını şərh edib.

Yenises.az xəbər verir ki, onun sözlərinə görə, “Rəisinin prezident kimi dəhşətli hərəkətlərini nəzərə alsaq, İran xalqı yəqin ki, onsuz daha yaxşı vəziyyətdə olacaq”.

"Biz, şübhəsiz ki, onun ölümünə yas tutmuruq", - Antoni Blinken əlavə edib.

Maraqlıdır ki, daha əvvəl ABŞ Dövlət Departamenti İbrahim Rəisinin və digər İran rəsmilərinin vəfatı ilə əlaqədar “rəsmi başsağlığı” verərək, “İran xalqına və onun insan haqları və əsas azadlıqlar uğrunda mübarizəsinə dəstəyini” bir daha təsdiqləyib.