Hələ yerdən daş yığıram -  Ağaevli Əli Hacı

Ədəbiyyat 11:16 / 08.09.2026 Baxış sayı: 136

Hələ yerdən daş yığıram,

Atan özüm,yığan özüm !

Quru qoyub öz yerini,

Yaş yerinə yağan özüm !

 

Qələm sınsa,yaddaş ölsə

Yel ağızdan söz aparar !

Ev sökülsə,yurd dağılsa

El ocaqdan köz aparar !

 

Dağlar başda qar saxlayıb,

Yay əridib düzə verər !

Torpaq altda dənin varsa,

Bar verməkçün üzə verər !

 

Sağaltmağa can yarasın,

Dərman olar ot-alağın !

Kölgən olan ağacların,

Fəryad olar od olmağı !

Göy yerində,yer yerində

Yaşamırıq dərs almağa !

Min illərdir yol gəlirik,

Gedirik Adam olmağa !

Hələ yerdən daş yığıram,

Atan özüm,yığan özüm !

Quru qoyub öz yerini,

Yaş yerinə yağan özüm !