Əziz Sancar AMEA-nın fəxri üzvü seçiləcək

Elm 18:43 / 28.11.2023 Baxış sayı: 2272

Nobel mükafatı laureatı Əziz Sancar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəxri üzvü seçiləcək.

Yenises.az xəbər verir ki, bununla bağlı məsələ AMEA-nın noyabrın 29-da keçiriləcək ümumi yığıncağının gündəliyinə salınıb.

İclasda Ə.Sancarın AMEA-nın fəxri üzvü seçilməsi ilə bağlı məsələyə baxılacaq.