Vasif Süleyman : - YETƏCƏM

Ədəbiyyat 13:41 / 30.07.2025 Baxış sayı: 1003

 

Sənə yetmək nağıldan da betərdi,

Mən deyəsən elə belə yetəcəm.

Çəkəmmirəm, ömür bura qədərdi,

Günlərimi silə-silə yetəcəm.

 

Yetən gedib cənnətinə yetdi ta,

Axtardığım bir ömürlük itdi ta.

Bundan sonra tam olmağım getdi ta,

Damla-damla, gilə-gilə yetəcəm.

 

Göydə idin, gedəmmədim mən sənə,

Pərdə çəkdi duman mənə, çən sənə.

Yaşayaraq yetəmmədim mən sənə,

İndən belə ölə-ölə yetəcəm.