Ərdoğanın Ukraynaya səfəri başladı

DÜNYA 15:44 / 18.08.2022 Baxış sayı: 1984

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri başlayıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun təyyarəsi Ankaradakı Esenboğa hava limanından yola düşüb.

Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antonio Quterreş və həmkarı Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək.

Liderlərin Ukraynadakı durumu, o cümlədən taxıl ixracı prosesini müzakirə edəcəkləri gözlənilir.

Həmçinin bild ki, Prezident Ərdoğanın ukraynalı həmkarı ilə görüşü zamanı strateji tərəfdaşlıq səviyyəsində olan Türkiyə-Ukrayna əlaqələrinin bütün aspektlərinin müzakirə ediləcəyi bildirilib.

Səfər zamanı Ukrayna Prezidenti Zelenski və BMT baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi də nəzərdə tutulur.

Sözügedən görüşdə Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün yaradılmış mexanizmin fəaliyyətinin artırılması ilə yanaşı, Ukrayna-Rusiya müharibəsinin diplomatik yollarla dayandırılması üçün atılacaq addımlar müzakirə olunacaq.