Əlizadə Nuri : -  Hər adam- bir damla yağış suyudu…

Ədəbiyyat 10:41 / 26.11.2022 Baxış sayı: 2169

 

Ya əlli yaşında, ya yüz yaşında,

Bir də görürsən ki, yorulur adam.

Gecələr bir parça ay işığıyla,

Gündüzlər günəşlə vurulur adam.

 

Bu ömür harasa baş alıb gedir,

Bir qab su kimidi-boşalıb gedir…

Axırda bir parça daş olub gedir-

Dünyaya gələndən yonulur adam…

 

Dərədə dincələn yoxuş suyudu…

Ömür quş südüdü, ya quş suyudu?

…Hər adam bir damla yağış suyudu-

Torpağın altına sorulur adam…