Əlizadə Nuri -
Gündəm
09:45 / 05.10.2026
Baxış sayı: 506
Bir az sirr kimiyəm, qadın,
Bir az aşikar kimiyəm.
Taxtı- tacı yağmalanmış
Zavallı xotkar kimiyəm.
Dilini bildiyim quşun,
Qəmi canımda qurğuşun.
Ərimədim... bir koğuşun
İçindəki qar kimiyəm.
Mən bu qəmin adaşıyam,
Qara baxtın ağ daşıyam.
Qürbətə adam daşıyan
Üşüyən qatar kimiyəm...