Şakir Xanhüseyinli - PAYIZ ETÜDÜ
bax, bax,
qızılı rəngin şooğu gözümüzü
qamaşdıracaq.
aman, qəriblik çökəcək ətrafa duman.
ağıllarda qızıl payız:
bir ümid: bəlkə varlandıq hamımız...
ot yarpaqları üstə şeh damcıları
nəğmə oxuyur səssiz,
bir az səssiz...
soyuğun ilk bəlirtilərini hiss edirəm
əl-ayağımda, baxışlarda,
üşüyür ağaclar da...
yorğunluq,
havadakı tutqunluq
yalnızlıq duyğumu bir az da körükləyir.
deyirəm üfürsən, hovxursan
buz parçası da
közərər ovcunda, ya...