Əlirza HƏSRƏT - MÜƏLLİM

Ədəbiyyat 12:15 / 05.10.2026 Baxış sayı: 431

 

(05 oktyabr Beynəlxalq Müəllimlər günü şərəfinə bütün müəllimləri bağrıma basıram)

 

Nur saçan hər fikrin elmə dayaqdır,

Keşikdə dayanan hər kəs oyaqdır.

Bizim yolumuzda parlaq mayakdır,-

Saçını bəzəyən hər dən,müəllim.

 

Sevib könül verdik kitaba,sözə,

Döndü könlümüzdə hər söz bir közə.

Vətəni sevməyi öyrətdin bizə,-

Özün də oldun bir Vətən,müəllim!

 

Müəllim nurudur sinifdə hamı,

Hamı sən yandıran bir bilik şamı.

Alıb kitablardan eşqi ilhamı,-

Dünyaya min rəng bəxş edən müəllim.

 

...Müəllim adında sönməz işıq var,

Saxlamaz yolundan onu yağış,qar.

Şagird sevgisiylə evə qayıdar,-

Hər səhər məktəbə gedən müəllim.