Elnur Uğur Abdiyev - DEDİM
Ədəbiyyat
12:50 / 05.10.2026
Baxış sayı: 467
Bu dünyaya son ehsanım,
Gözlərimi sıxım gedim!
Hansısa qızın bəxtində,
Ulduz idim, axım gedim.
Birdən birə vurulmuşam,
Bölünüb iki qalmışam.
Səndə üstəgəl olmuşam,
Nolar, burax çıxım gedim!
Ömür bir riyazi əməl,
Düsturu tək səndədir gəl.
Bəlkə, macal verməz əcəl,
Qoy şəklinə baxım gedim