Əbülfət Mədətoğlu : - Gecəmə yuxu bükəcəm,

Ədəbiyyat 10:33 / 23.05.2024 Baxış sayı: 1699

 

***

Gecəmə yuxu bükəcəm,

Kiprik hörgüsün sökəcəm...

Nə varsa açıb tökəcəm -

Boşaldacam sandığı da...

 

Yaş yuyur didəmin közün

Sıxıram dizimin gözün!..

Bilirəm, qürbətdə özün -

O, necə tək sandığın da!..

 

Yoxsa özgə bir gedəcək,

Duam kimə de, yetəcək?!

Saralanda hiss edəcək -

Mənsiz necə yandığın da?!.