Bəhram Bilaloğlu : - Neçə şeirləri dəfn etdim

Ədəbiyyat 09:31 / 31.03.2023 Baxış sayı: 2328

Neçə şeirləri dəfn etdim,gəldim-

Uğursuz çox anlar, yaşatdı deyə.

İlahi verdiyi ilhamla yazdım-

Ruhumu dik tutdum,qoymadım əyə.

 

Nisgildən,kədərdən gəldiyin gördüm-

Yazmadım varaqa,ötürdüm, getdi.

Sevincdən gətirən, misraları mən-

Ağrıyan canlara, köçürdüm, bitdi.

 

İncə könüllərə yol tapan kimi-

Yolları vəsf etdim,sətir yaratdım.

Mənası dərindən,dərin sözləri-

Nakam adamların,qəlbinə atdım.

 

Elə bil yaz idi,rəngli çiçəklər-

Solğun ürəklərə rənglər saçırdı.

Nemətlər dünyada saysız olsa da,

Bağban da,bülbül də,rəngdən qaçırdı.