Azərbaycanlı Rusiyada müharibəyə etiraz etdi  və GÜLLƏLƏNDİ

DÜNYA 16:23 / 18.08.2022 Baxış sayı: 1592

Rusiyanın Rostov vilayətində müharibə əleyhinə çıxan 51 yaşlı taksi sürücüsü güllələnib. 

Yenises.az bildirir ki,  "Unikal" Rusiya KİV-lərinə istinadən verdiyi xəbər  görə o, Rusiya ordusunun 33 yaşlı kapitanı tərəfindən vurulub. 

Taksi sürücüsü azərbaycanlı olub və uzun illər əvvəl Rostov vilayətinə köçüb. Mərhumun güllə yaraları olan meyiti küçədə tapılıb. Onun makarov tipli silahdan 4 güllə yarası aldığı məlum olub.  

Faktla bağlı araşdırma başlanılıb və sözügedən hərbçi barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.