"Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır" -Emoməli Rəhmon

SİYASƏT 14:09 / 23.05.2024 Baxış sayı: 1241

Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır. Ölkələrimizi zamanın sınağından çıxmış münasibətlər birləşdirir.

Yenises.az xəbər verir ki, bu fikirləri Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə səsləndirib.

Tacikistan Prezidenti, həmçinin deyib: “Bizim aktual regional və beynəlxalq məsələlərdə mövqelərimiz eynidir. Ölkələrimizin xalqlarının daha da yaxınlaşmasına yönələn humanitar əlaqələr fəal inkişaf edir”.