Aida Adıgözəl : - Yeni iliniz uğurlu gəlsin
jpg-1672473864.jpg)
Gəlir yenə min ümidə hamilə,
min gündüzün, min gecənin təzəsi.
Dodagımda sancı çəkir sözlərim,
sevinərək dogulmaqcın neçəsi.
Pəncərələr işıq-işıq süzülür,
sevgi hopmuş nemətlərə... düzülür.
Mənimkisə... kasıbtəhər sezilir,
kədər olur yalnızların süfrəsi.
Bir könülə qapı açır sözlərim,
bir sevgiyə ümidlidir gözlərim.
Köhnə ildən yorğunsa da dizlərim,
Yeni ildə xoşbəxtlikmiş töhfəsi...