121 nəfər COVID-19-a yoluxub, 1 nəfər ölüb
Sağlamlıq
23:08 / 08.08.2022
Baxış sayı: 1009
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 121 yeni yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenises.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.