Zəka Vilayətoğıu : - Bir az

Pəncərə önündə dayanıb duraq,
Yağan yağışları dinləyək bir az
Qayıdaq keçmişə, lap uşaqlaşaq,
Gələn qocalığı önləyək bir az!
Yorğun düşüncələr dərsin nəfəsi,
Təmiz hava alsın beyin qəfəsi.
Sevgidir, sevincdir ömrün nüvəsi,
Könlü şadlandıraq, şənləyək bir az!
Yağışın səsindən keçib durulaq,
İlahi nurundan içib durulaq,
Doğulaq yenidən, birgə var olaq,
Köhnəlmiş nə varsa, yen(i)ləyək bir az!
Çəkilsin astaca gecənin şəri
İnamla, ümidlə açaq səhəri
Yayılsın hər yana al şəfəqləri,
Ömrü Günəşləyək, günləyək bir az!
29.04.2025