XİN Türkiyədəki terror hücumunu kəskin pislədi

DÜNYA 16:36 / 01.10.2023 Baxış sayı: 1370

Qardaş Türkiyənin Daxili İşlər Nazirliyi yaxınlığında baş verən terror hücumunu kəskin şəkildə pisləyirik".

Yenises. az xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki hesabında yer alıb.

"Terrorizmə məruz qalan ölkə kimi Türkiyə ilə həmrəy olduğumuzu bildirir, terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəni hər zaman dəstəkləyirik", - Azərbaycan XİN-in paylaşımında qeyd edilib.