Xəyalə Sevil - Ürəyimi xırdalayıb...
Ədəbiyyat
09:32 / 24.08.2026
Baxış sayı: 211
Toxunmadım xatirənə,
Yaxşı, ya da pis demədim.
Səni geriyə qaytarmaq
Əlimdəydi, istəmədim.
Ürəyimi xırdalayıb
Vərəq-vərəq söz etmişdim.
Sənlə etdiyim səhvi də
Düz etmişdim, düz etmişdim.
Yordu məni bunca kədər, -
Ya bittim gedincə, deyim...
Bunun adı darıxmaqdı?
Bağışlamaq? - məncə deyil.
Səni nə vaxt xatırlasam,
Soyuqdu- üşüyür əlim.
Ya payızın axırısan,
Ya da ki, qışın əvvəli.