Xatirə Rəhimbəyli - Olarmı olmasın gözü nəm ?

Gündəm 09:45 / 24.08.2026 Baxış sayı: 265

Olarmı olmasın gözü nəm ? Olmaz!

Bircə gün udmasın qəhər -qəm ...Olmaz!

Çörəyi kəm olar ,dərdi kəm olmaz ,

Dərd tapar şairi dağ başında da ...

 

Hər an öz yaxası ,özcə əlidi ,

Olanı-qalanı şirin dilidi.

Şairin ürəyi küsdümgülüdü ,

Toxunsan ,küsəcək yüz yaşında da ...

Gözəl bir çələngdi arzu-diləyi,

Nə fəndi-feli var ,nə də kələyi...

Kədər toxumudu şair ürəyi ,

Basdırsan, göyərər baş daşında da