Xanım İsmayılqızı - Gecə də azad görünür
Gecə də azad görünür
On üçüncü mərtəbədən...
Bir dəli baxış hörülür
On üçüncü mərtəbədən...
Hələ də vaxtdan ağırsan,
Nə qoyub, nə axtarırsan?
Ay adam, hara baxırsan
On üçüncü mərtəbədən?.
.
Yuxu qatılmağa hazır,
Gözə satılmağa hazır,
Ürək atılmağa hazır
On üçüncü mərtəbədən...
Külək də əlini üzüb
On üçüncü mərtəbədən...
Bütün mərtəbələr küsüb
On üçüncü mərtəbədən...
12.06.26