Vahid Aslan - Bahar nəğməsi
Belə görməmişdim dağları hələ,
Ey sözüm, nəzər sal çəməndə gülə;
Oxuyan bulağın səsini dinlə,
Nazlanan baharın rəsmini çək, get!
Bahar nərgizindi, yaz bənövşənin.
Boyuna biçilib naz bənövşənin.
Ruhum, dərədəki qız bənövşənin
Getsən görüşünə, yığışıb tək get!
Yazın havasına oynayan çaya,
Atılmaq istəyir mamırlı qaya;
Gəlimli-gedimli qoca dünyaya,
Şair, qələminlə bir cığır ək, get!
Gədəbəy: 22.03.2023