Kəmaləddin Qədim : - AXİRƏTİN BAYRAM OLSUN

Ədəbiyyat 08:32 / 21.03.2026 Baxış sayı: 315

 

Ha nur saçsın o künc, bu künc,

o tin, bu tin, bayram olsun.

Dəyməz mən deyən bayrama

istərsə min bayram olsun.

 

Nə vaxt, nə də zaman gərək,

Canım, canana can gərək.

Olsun dində iman gərək,

imanda din, bayram olsun.

 

Nə var dildə, sözdədisə,

Düz hələ də düzdədisə.

İçdə deyil, üzdədisə

bayram çətin bayram olsun.

 

Nə yazıbsa Yazan, yaşa,

Eşit beş vaxt azan, yaşa.

Bir ömrü Ramazan yaşa

axirətin bayram olsun...