Şakir Xanhüseyn - Kimin sevgisini
Ədəbiyyat
12:53 / 21.03.2026
Baxış sayı: 171
Kimin sevgisini kürk kimi
atasan çiyninə ki,
heç üşüməyəsən...
Gözünü yumanda gördüyünün,
açanda görmədiklərinin fərqindəmisən?
Hündürə qalxanda da
elə bil yerin təkinə enirsən-
qaranlıqlar artır,
sirlər çoxalır...
Səhər cavanca birisinə
axşam baxırsan
qara saçlarında sanki dan yeri ağarır...