Türkiyə XİN-dən Naxçıvan Sazişinin ildönümü ilə bağlı paylaşım

SİYASƏT 12:29 / 03.10.2024 Baxış sayı: 1616

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Naxçıvan Sazişinin ildönümü ilə bağlı paylaşım edib.

Adalet.az xəbər verir ki, bu barədə qurumun "X" hesabında yazılıb.

"Türk Dövlətləri Təşkilatının təsis sənədi olan Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümü münasibətilə biz qürurla bütün Türk Dünyasını "Türk Dövlətlərinin Əməkdaşlıq Günü"ndə təbrik edirik. Biz Türk dövlətləri arasında "Dildə, Fikirdə, İşdə Birlik" şüarını gerçəkləşdirmək üçün qətiyyətlə çalışmağa davam edəcəyik".