SÜLEYMAN ABDULLA : - KİMSƏ
Çəkdi nəfəsini içinə gecə,
Tövşüyən yol idi, ya yolda kimsə.
Ağırı özündə qərq olmaqdı, dost,
Ha batdı dəryada, ha yolda kimsə.
Hərənin ömründə var sonuncu qış,
Sonra nə qar yağar, nə də ki yağış.
Bir üzü alxışdı, bir üzü qarğış,
Kimsə bay olmada, bay olda kimsə.
Yamanmı yaxşıdır, yaxşı yamanmı,
Hansı doğru olar,- andmı, amanmı?
Dəyişən bizikmi, yolmu, zamanmı,
Baxmır sözümüzə ta yolda kimsə...