"Space"in yeni rəhbəri kimdir? - DOSYE

MƏMLƏKƏT 16:44 / 04.05.2026 Baxış sayı: 223

"Space" televiziyasının baş direktor vəzifəsinə Ayaz Mustafayev təyin edilib.

 "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ayaz Mustafayev əmək fəaliyyətinə 2009-cu ildə Xarici İşlər Nazirliyində (XİN) başlayıb.

O, Azərbaycanın Böyük Britaniyadakı səfirliyində müxtəlif vəzifələrdə, daha sonra İTV və AzTV-nin London bürosunda çalışıb. Bu müddət ərzində mətbuat və media sahəsində geniş beynəlxalq təcrübə qazanıb.

Son illərdə özəl sektorda və Təhsil Tələbə Krediti Fondunda rəhbər vəzifələrdə fəaliyyət göstərib.