Şakir Xanhüseynli : - BİR TİKƏ

Ədəbiyyat 08:07 / 28.03.2024 Baxış sayı: 931

 

 

əlimdə çörək bir tikə,

sevinə ürək bir tikə...

quş dimdiyində dən bir tikə,

gör aydınmı

göy bir yerindən bir tikə...

ah, istəmirəm səksəkə

bir tikə...

deyir birinin ən çoxu bir tikə...

kim söyləyir yoxdu qəlbində qorxu bir tikə...

bir əlcə, bir loxma da bir tikəmi,

qovalayır min sökən bir tikəni...

bu yoxuşu bir qalxıb çıxaq da,

lap balaca bir qaşıqda

süfrədə ola

bir tikə eşq də, işıq da...

günah da var, günah da;

baxırsan bir tamahda dünya bir tikə...

hələ onu görəsən ki,

bir tikə də

tikə-tikə...

2024