Aida Adıgözəl  AFORİZMLƏRİ

YAZARLAR 10:33 / 27.04.2024 Baxış sayı: 1248

❌️Keçmiş - sadəcə zaman limiti bitmiş, amma acıları, xatirələri daim səninlə bərabər yürüyən yol yoldaşıdır.

‼️Mən çoxdan sinəsinə ürək yerinə daş basmış adamam, daşdan soyuqluqdan başqa kimsəyə işıq və istilik gəlməz.

❗️Yanmış, yandırılmış körpüdən geriyə qayıtmaq istəsən - səni gözləyən ayağının altında soyumuş küllərdir...

❌️Oxuduğun kitabı təkrar oxuyanda hadisələr səndə daha həyəcan yaratmır.

‼️Atılmış güllə öldürsə də, öldürməsə də artıq boş gilizdir...

❗️Ayrılıqlar ümidləri öldürür, zamansa ağrıları...

❌️Qırdığın çiçəklərin yerində toxum, güllərin dibində kök buraxmamısansa yenidən bitib pöhrə verəcəyini gözləmə!

❓️Hər açılan yeni sabah başqa günəşə gülümsəyir.

‼️Ən maraqlı filmin belə axırıncı fraqmentindən sonra "SON" yazılır...