Şakir Xanhüseyndən   BİR  ŞEİR

Ədəbiyyat 08:47 / 16.04.2024 Baxış sayı: 1310

**

elə ağrın var ki,

deyirsən bu, məndə sümükləşib daha...

bax ha,

sümükləşən fikirlər var həm də

beyində, qəlbdə...

illərlə çəkdiyin acı olur, illərlə;

düşünürsən canımda dönüb sümüyə

indi gəl, ad qoy da

qanında sümükləşən

qan qaralığına sən!

r