Sabir Zəkullaoğlu : - Həm şair olasan, həm də bəxtin ola .

YAZARLAR 12:48 / 24.05.2023 Baxış sayı: 1506

 

Ədəbiyyat işi, bir az da kasıbların işidir. Zatən mənəvi nə varsa kasıblar ondan daha çox ləzzət alır, maddi olmasa da mənən zənginləşirlər. Ədəbiyyat insanlarının bəxti gec gül açır, müəyyən zaman keçdikdən sonra, həmin o pullu adamlar, ədəbiyyat adamlarından misal gətirib, nümunələr göstərirlər.

Doğrudur, saray şairləri dediyimiz şairlər də olub və həmişə də olacaq. Onsuz da zaman keçəndən sonra onun nə yediyi yox, nə düşündüyü, nə yazdığı nəsillərdən nəsillərə ötürülür..

Elə götürək şeyximizi. Hökmdar ona hektarlarla torpaq sahə bağışlamış, yaxşı yaşamağına imkan yaratmış, üstəlik Afaq kimi gözəl bir kəniz də bağışlamışdır.

İnsanda bəxt də yaxşı şeydir.Həm  sair olasan, həm də bəxtin ola ..

Ancaq burdan həm də belə bir qənaətə gəlmək olur ki, təkcə şair olmaq, bəxti gətirməklə də olmur...

Gərək həm də şeyx ola biləsən. Şeyx Nizami kimi..

Sözün sərrafi olmaq, hər şeyə sahib olmaq..

Hətta zamana da. Həm də bütün zamanların adamı ola bilmək..

Amma hamı Nizami ola bilməz ki..

Ədəbiyyat adamı elə kasıb olmalıdır. Kasıb olmasa yaza bilməz. Gedib dünya səyahətinə çıxar, adam kimi yaşayar da. Həyatın, dünyanın dadını vərəqlərdə yox, yaxtalarda, adalarda çıxarar..

Mən yazı adamı deyiləm. Ədəbiyyata da heç aidiyyatim yoxdur. Hərdən bir statuslar yazıram. Deyim ki, ac olanda beynimdə yüz cür ideyalar olur. Elə ki, iki yumurtanı qayğanaq edib həzmi rab edirəm, yazmaq həvəsim olmur, ta yazmıram... Hələ söhbət kiçik statuslardan gedir, gör hələ iri həcmli əsərlər yazan, yaxşı quzu kababından, ləvəngi plovdan sonra nə halda olarlar...

Hələ Çek London, Martın İden əsərində hansi kasıblıqdan keçdiyini yazarkən ədəbiyyatın necə yetişdiyini xırdalıqlarına qədər yazmışdı.. Odur ki, ədəbiyyatla məsgul olan adamlar kasıb yaşamalarında narahat olmasınlar gərək.

Az çox imkanı olan varsa Şeyx Nizaminin ruhuna dualar oxutsun ..)