Qənirə Paşayevaya heykəl qoyulacaq 

Maraqli 10:08 / 02.10.2023 Baxış sayı: 2103

 

Türkiyədə Qənirə Paşayevanın adını ədəbiləşdirmək məqsədi ilə heykəli qoyulacaq.

 

Yenises.az news24.az-a istinadən xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb. Bildirilib ki, Ərzurum İnkişaf Vəqfinin sədri Erdal Güzel heykəlin Ərzurumda qoyulmasını təklif edib.

 

“21-ci əsrdə Türk dünyasının Tomrisi olaraq qəbul edilən, özünü Türk Dünyasının istiqlaliyyəti, firavanlığı və qardaşlığına həsr etmiş Qənirə Paşayevanın adının Ərzurumda əbədiləşdirilməsi mühüm bir sədaqət əlaməti olacaq. İki dövlət, bir millət məfhumunun tərənnüm olunmasında mühüm işlər görən, ömrünü Türk Dünyasına xidmətə sərf edən Qənirə Paşayevaya Allahdan rəhmət diləyirik. Onun xatirəsi Türk dünyasında daim yaşayacaqdır"- deyə vəqf sədri bildirib.