Qalib Şəfahət : - Sənin ürəyində sevgi payım var.

Ədəbiyyat 09:13 / 15.04.2024 Baxış sayı: 1949

 

Bəxşiş deyil ki, bağışlayam mən,

Sənin ürəyində sevgi payım var.

Sök, dağıt qəlbindən dağıda bilsən,

Qəlbində ucalan eşq sarayım var.

 

Acarı məndədi, qıfılı səndə

Özüm bağlayıram, özüm açıram.

Özgə qapıları  çətin düşəm mən.

Üzü pas bağlamış bir kor açaram.

 

Bağışla bu gecə yatıb qalmışam,

Sənin ürəyini açammamışam.

Mən sənin könlünə necə düşmüşəm?

Əcəlin torundan qaçammamışam!

 

Qaytara bilməzsən, çatlar ürəyin,

Qan axıb tökülər çat olan yerdən.`

Qoy eşqə bir yeni töhvə olsun,

Başlayaq həyatı gəl qalan yerdən.

 

Ürəyin bağlıdı, mənim dilim tək,

Bircə gəlib vurma dilimdən məni.

Axır ki, bu eşqın toruna düşdüm.

Gəlib xilas etmə ölümdən məni.