Növbəti köç karvanı Füzuliyə getdi

MƏMLƏKƏT 10:26 / 29.04.2024 Baxış sayı: 1394

 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

Yenises.az   xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 153 nəfər köçürülüb.

Qeyd edək ki, indiyədək Füzuli şəhərinə 822 ailənin, yəni 3 132 nəfərin daimi məskunlaşması təmin edilib.