Sabir Zəkullaoğlu : - Bütün bu xidmətlər pulsuzdur.

YAZARLAR 07:11 / 28.04.2024 Baxış sayı: 4259

Bəlkə də dünyada ən tez dəmə gedən millət bizik..

Əslində bu həm də çox yaxşı haldır.

Hərdən toplaşdığımız bir yer var.

Burda demək olar ki hər gün müxtəlif çaplı içtimai mədəni tədbirlər, təqdimatlar keçirilir..

Əvvəl orta imkanlı bir insanın evi olub.

Adam öz ömrünü başa vuranda, evini nə oğluna, nə qızına, nə də nəvəsinə verməyib.

Adam öz evini bələdiyyəyə hədiyyə edib.

Çünki övladlarının yaşamaq üçün normal evləri olub.

Bü həm də bir mədəniyyətdir.

Cəmiyyətin mədəni inkişaf səviyyəsinin, iqtisadi durumunun və sosiallaşmasının göstəricisidir..

Ev aralıq dənizinin sahilində, ən gözəl kurort şəhərlərin birinin mərkəzində yerləşir.

Ev çox qəribə arxitektur quruluşa malik, tarixin yaddaşını özündə ehtiva edən bir sənət əsərinə oxşayır..

Evin giriş qapısından tutmuş, mətbəxinə qədər hər yer kitab şkafları və kitab rəfləriylə əhatə olunub.

Divarda boş yer tapmaq mümkün deyil. Hamısı rəsm əsərləri və tablolarla doludur.

Hətta kiminsə əllə toxuyib, bura hədiyyə etdiyi qeyri adi fantaziyasını da görmək mümkündür..

Evdə özünə xidmət üçün bütün şərait var.

Və bütün bu xidmətlər pulsuzdur.

Ancaq, təbii ki, istifadədən sonra hər şey yuyulub, təmizlənib əvvəlki halına gətirilməsi şərtiylə.

Hər dəfə ora gedəndə mənim diqqətimi ən çox cəkən, təqaüdə çıxmış, yaxınlıqda yaşayan yaşlı insanlarla bərabər, şəhərin bomjlarının da ora toplaşmalarını, orda görməyimdir.

Orada kitab oxumaq üçün o qədər təhrik edici şərait var ki, hətta bomjlar orada televizora baxmaq, muxtəlif stolustu oyunlar oynamaqla bərabər, kitab oxumağa da məcbur olurlar...

Bu mənzərəni görəndə, bizi kitab oxumamaqda qınayanlar yadıma düşür...

Düşünürəm ki, bizdə bü cürə təhrikedici şərait olsa, bizdə də hamı kitab oxuyar..

Axı biz tez təsir altına düşürük..

Və bu həm də cəmiyyətin inkişafına böyük töhfə olardı ..